"Mançester Siti" "Liverpul"a çempionluq dəhlizi quracaq

"Mançester Siti" "Liverpul"a çempionluq dəhlizi quracaq

13 İyun 2020 15:12
Bəyəndim (0) Bəyənmədim (0)

"Mançester Siti" Premyer Liqanın lideri "Liverpul" üçün çempionluq dəhlizi qurmaq qərarına gəlib.

Bunun üçün "qırmızılar" əsas rəqibləri ilə qarşılaşmaya qədər qızıl medalları təmin etməlidir.

29 turdan sonra rəqibini 25 xal qabaqlayan "Liverpul" Premyer Liqanın bərpasından sonra ardıcıl olaraq "Everton" (21 iyun) və "Kristal Pelas"la (24 iyun) matçlardan qalib ayrılsa, çempionluğunu rəsmiləşdirəcək. Bu baş verərsə, iyulun 2-də keçiriləcək "Mançester Siti" - "Liverpul" qarşılaşmasından öncə meydan sahibləri rəqibi çempionluq dəhlizi quraraq qarşılayacaq.

Oxuməni.az