AFFA təşəkkürnamə ilə təltif olundu

AFFA təşəkkürnamə ilə təltif olundu

11 İyun 2020 16:30
Bəyəndim (0) Bəyənmədim (0)

Qan donorluğunda fəal iştirakına görə AFFA Milli Hematologiya və Transfuziologiya Mərkəzi, həmçinin Mərkəzi Qan Bankı tərəfindən təşəkkürnamə ilə təltif edilib.

Oxuməni.az-ın məlumatına görə, təşəkkürnamə bu gün AFFA-nın baş həkimi Vyaçeslav Xomenkoya təqdim olunub.

Qeyd edək ki, mayın 21-də AFFA-nın təşəbbüsü ilə Futbol akademiyasında təşkil olunan qanvermə aksiyasında AFFA-nın, Peşəkar Futbol Liqasının, Premyer Liqa klublarının, futbol ictimaiyyətinin nümayəndələri iştirak edib.

İyunun 14-ü bütün dünyada Beynəlxalq Qan Donoru Günü kimi qeyd olunur.

Oxuməni.az