Arda Turan "DeFacto"ya transfer oldu

Arda Turan "DeFacto"ya transfer oldu

19 Aprel 2012 16:56
Bəyəndim (0) Bəyənmədim (0)
Futbolçu 24 apreldə yeni formasını geyinəcək!

İspaniyanın "Atletico Madrid" komandasında forma geyinən Arda Turan "DeFacto" firmasının reklam üzü oldu. Rejissorluğunu Henri Bargesin etdiyi reklam çarxında futbolçuya fransız Sofi Dukasse və danimarkalı Malin Ljunberq həmkarlıq etdilər. Arda Turanlı reklam filmi 24 aprel günü tv-də və bilboardlarda yerini alacaq. Dəbi hər zaman izlədiyini vurğulayan Arda rəngli geyinməyi sevdiyini, yenilik və tərzin onun üçün vacib olduğunu söylədi.

Onu da qey edək ki, Arda Turanın bu "əziyyətinin" qarşılığı 600 min avrodur!

Günel Həbib