İspaniya çempionatı iyunun 12-də bərpa olunacaq

İspaniya çempionatı iyunun 12-də bərpa olunacaq

22 May 2020 10:49
Bəyəndim (0) Bəyənmədim (0)

Koronavirus pandemiyası üzündən dayandırılan İspaniya çempionatı iyunun 12-də bərpa olunacaq. La Liqanın bərpadan sonrakı ilk matçı da müəyyənləşib.

Çempionatın yenilənmiş təqvimində növbəti matç Sevilya derbisi olacaq. “Sevilya” və “Betis” La Liqanın bərpasını rəsmiləşdirən matçda münasibətlərini aydınlaşdıracaq. Digər qarşılaşmaların təqvimi mayın 28-də açıqlanacaq.

Qeyd edək ki, hazırda “Sevilya” turnir cədvəlində 3-cü, “Betis” 12-cidir.

Oxuməni.az