“Ayntraxt” Mönhenqladbax “Borussiya”sına məğlub olub

“Ayntraxt” Mönhenqladbax “Borussiya”sına məğlub olub

17 May 10:38
7 418
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya Bundesliqasında XXVI turun ilk oyun günü başa çatıb.

Koronavirus pandemiyası üzündən yaranan fasilədən sonrakı ilk günün son matçı Frankfurtda baş tutub.

Tamaşaçılarsız keçirilən qarşılaşmada “Ayntraxt” Mönhenqladbax “Borussiya”sını qəbul edib. Mükafatlar uğrunda mübarizə aparan qonaqlar səfərdən üç xalla ayrılıb.

Daha öncə turun daha 5 qarşılaşması keçirilib. "Auqsburq" "Volfsburq"a 1:2, "Hoffenhaym" "Herta"ya 0:3 hesabı ilə uduzub. Dortmund "Borussiya"sı "Şalke"nin qapısından 4 cavabsız top keçirib. "Fortuna" - "Paderborn" (0:0) və "Leypsiq" - "Frayburq" (1:1) matçlarında qalib müəyyənləşməyib.

Qeyd edək ki, tura mayın 18-də yekun vurulacaq.

Almaniya Bundesliqası
XXVI tur
16 may
20:30. "Ayntraxt" - "Borussiya" M – 1:3
Silva, 81 - Plea, 1, Türam, 8, Bensebeyni, 73

Oxuməni.az