KİV: FIFA "The Best" mükafatlandırma mərasimini ləğv etdi

KİV: FIFA "The Best" mükafatlandırma mərasimini ləğv etdi

13 May 2020 13:00
Bəyəndim (0) Bəyənmədim (0)

FIFA sentyabrda İtaliyanın Milan şəhərində keçirilməsi planlaşdırılan ən yaxşı futbolçuların mükafatlandırma mərasimini ləğv edib.

Oxuməni.az "Marca"ya istinadən xəbər verir ki, qurum bu il ən yaxşı oyunçunu müəyyənləşdirməyəcək.

Qeyd edək ki, 2019-cu ildə bu mükafatı Argentina millisinin və İspaniya "Barselona"sının futbolçusu Lionel Messi alıb. "France Football" nəşri builki Qızıl Top mükafatla bağlı qərar verməyib, UEFA da Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı ənənəvi mərasimin olacağını açıqlamayıb.

Oxuməni.az