Koronavirus Fransa çempionatına 243 milyon avro ziyan vurub

Koronavirus Fransa çempionatına 243 milyon avro ziyan vurub

1 May 2020 15:01
Bəyəndim (0) Bəyənmədim (0)

Fransanın "Canal+" televiziyası ölkə çempionatının rəsmi yayımı ilə əlaqədar Futbol Federasiyası ilə bağlanan müqaviləyə xitam verib.

Oxuməni.az xəbər verir ki, müqavilədə nəzərdə tutulmuş bütün ödənişlər isə dayandırılıb.

"L'Equipe" rəsmi məlumat yayıb ki, Fransa Futbol Federasiyası kanalların canlı yayımları dayandırması ucbatından 243 milyon avro ziyan görəcək.

Xatırladaq ki, Fransa çempionatı koronavirus pandemiyası səbəbindən vaxtından əvvəl başa çatıb və PSG "Liqa 1"-in qalibi elan olunub.

Oxuməni.az