"Real" Holandı almaqdan imtina etdi

"Real" Holandı almaqdan imtina etdi

25 Aprel 12:50
17 317
Bəyəndim (0) Bəyənmədim (0)

"Real" yay transfer pəncərəsində "Borussiya"nın hücumçusu Erlinq Holandı almaqdan imtina edib.

Bu barədə “Daily Mail” xəbər verir.

Məlumata görə, buna transferin baş tutacağı təqdirdə agent Mino Rayolenə, həmçinin futbolçunun atasına yüksək ödənişin tələb edilməsi səbəb olub. "Kral klubu" Holandın idman imkanlarını yüksək qiymətləndirir, ancaq yayda Holandı almaqdan imtina etməyə məcbur olub.

Daha əvvəl bildirilirdi ki, norveçlinin hazırkı qiyməti 75 milyon avro təşkil edir. Lakin koronavirus pandemiyası ilə bağlı Avropa futbolundakı fasilə bitdikdən sonra bu məbləğ azalacaq.

Holand “Borussiya”ya bu ilin yanvarında “Red Bull Zalsburq”dan 20 milyon avroya keçib. O, 8 matç keçirib, 9 qol vurub və 1 məhsuldar ötürmə verib.

Daha əvvəl bildirilirdi ki, Madrid “Real”ı "Tottenhem Hotspur"un və İngiltərə milli komandasının hücumçusu Harri Keynlə maraqlanır. Lakin “Real”ın əsas transfer hədəfi “Borussiya”nın hücumçusu Holand idi.

Oxuməni.az