Klublar futbolçuların maaşını kəsir

Klublar futbolçuların maaşını kəsir

19 Mart 2020 12:50
Bəyəndim (0) Bəyənmədim (0)

Koronavirus pandemiyası səbəbindən gəlirləri azalan klublar bunu sığortalamaq üçün müxtəlif yollara əl atırlar.

Oxuməni.az-ın Apasport.az saytına istinadən məlumatına görə, bəzi komandalar problemi futbolçuların maaşlarını kəsməklə həll etməyə çalışır.

Şotlandiyanın “Harts” klubu maliyyə böhranı keçirməmək üçün oyunçuların, həmçinin işçilərin maaşlarının 50 faizini azaltmaq qərarına gəlib. Bununla bağlı klubdakılar məlumatlandırılıblar. Fransa təmsilçisi “Amyen” isə çıxış yolunu futbolçular da daxil olmaqla, hamının maaşını 16 faiz azaltmaqda görüb.

Bilet satışı və yayım gəlirlərinə görə ən çox ziyana uğrayan nəhəng klubların da bu addıma əl atmaları gözlənilir. “Barselona” rəhbərliyi bununla bağlı futbolçularla danışığa başlayıb. Oyunçular razı salınsa, onların maaşlarının 25 faizi klubun büdcəsində saxlanılacaq.

Oxuməni.az