Formula 1 mövsümü Bakıda başlaya bilər
2020-ci il Formula 1 mövsümü Bakıda başlaya bilər.
Oxuməni.az-ın məlumatına görə, bu barədə “Red Bull” komandasının idman məsləhətçisi Helmut Marko fikir bildirib.
Qeyd edək ki, bu həftə keçirilməsi nəzərdə tutulmuş Avstraliya Qran-prisi təxirə salınıb. Bundan əvvəl isə Çin Qran-prisi ləğv edilmişdi.
H.Marko bildirib ki, Monako Qran-prisinə qədər bütün mərhələlərin təxirə salınması gözlənilir.
Nəticədə Formula 1 mövsümünün iyunun 7-də Azərbaycan Qran-prisi ilə başlaması mümkündür.
Oxuməni.az
Digər xəbərlər