"Real Madrid" və "Barselona" xaçdan imtina etdilər

"Real Madrid" və "Barselona" xaçdan imtina etdilər

9 Aprel 2012 19:08
Bəyəndim (0) Bəyənmədim (0)
Milanın "İnter" komandasından da analoji addımı atmaq tələb olunur

İspaniyanın "Real Madrid" futbol klubu 1920-ci ildən bəri maykalarında yer alan xaç simvolikası ilə vidalaşmaq qərarına gəlib. O zaman İspaniya kralı olmuş XIII Alfonso kluba öz qəyyumluğu ilə bərabər bu emblemi hədiyyə etmişdi. İndi isə Avropa və yaxın Şərqin müsəlman azarkeşlərinin istəyi nəzərə alınaraq formadakı xaç şəkli tarixə qovuşmaq üzrədir. Newsru-com-un məlumatına görə, bu ilin mart ayında BƏƏ-də "Real Madrid İsland Resort" mərkəzinin inşasına başlayarkən ölkədə geniş etiraz dalğaları vüsət almışdı. Məhz buna görə də kral klubu xaç simvolikasından həmişəlik azad olmaq qərarına gəldi.

Newsru Israel-in məlumatına görə, bir qədər əvvəl "Barselona" klubu da Qətərdə yerləşən sponsor fondunun təklifi ilə xaçdan azad olmuşdu.

Türkiyəli vəkil Barış Kaska isə öz növbəsində Milanın "İnter" komandasının emblemindəki xaç işarəsini götürmək tələbi ilə klub rəhbərliyinə müraciət edib. Müraciətdə bildirilir ki, emblem müsəlman tamaşaçılara xaç yürüşünün rəmzini xatırladır. Qeyd edək ki, komandanın 100 illiyi münasibəti ilə geyimlərində ağ fonda qırmızı xaç təsvir olunub. Bu isə Milan şəhərinin gerbinin bir hissəsidir.

Pul insanlar arasında anlaşılan yeganə ünsiyyət vasitəsidir...

Aqil Hüseynov

O.M.