“Çelsi” rəqibin qapısından 4 cavabsız top keçirib

“Çelsi” rəqibin qapısından 4 cavabsız top keçirib

8 Mart 17:30
4 791
Bəyəndim (0) Bəyənmədim (0)

“Çelsi” futbol klubu İngiltərə çempionatının 29-cu turu çərçivəsində “Everton”a qalib gəlib.

Oxuməni.az xəbər verir ki, “Çelsi” rəqibin qapısından 4 cavabsız top keçirib.

Qarşılaşmada hesab 14-cü dəqiqədə açılıb, Meyson Maunt fərqlənib. Qarşılaşmanın 21-ci dəqiqəsində Pedro fərqi artırıb. Daha sonra Billian (51 dəqiqə) və Jiru (54 dəqiqə) adını tabloya yazdırıb.

Qeyd edək ki, “Everton” 25 dəfə qarşılaşdığı “Çelsi”yə heç zaman qalib gələ bilməyib. Sonuncu dəfə “Everton” “Çelsi”ni 1994-cü ildə məyus edib.

“Çelsi” klubu 48 xal yığaraq yarış cədvəlində 4-cü yer tutur. “Everton” isə 37 xalla 12-ci yerdə qərarlaşıb.

Oxuməni.az