İtaliya A seriyasının oyunları da təxirə salına bilər

İtaliya A seriyasının oyunları da təxirə salına bilər

8 Mart 13:20
2 925
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina martın 7-də keçirdiyi mətbuat konfransında bildirib ki, futbolçulardan birində koronovirus yoluxması ehtimalı olarsa, A seriyasındakı bütün oyunların dayandırılacaq.

Oxuməni.az xəbər verir ki, o futbolçular arasında yoluxma riskinin mövcud olduğunu deyib, bunun qarşısının alınması üçün isə ciddi tədbirlərin görüldüyünü vurğulayıb. Q.Qravina oyunçuları riskə atmayacaqlarını qeyd edib.
Bugünədək A seriyasının 4 oyunu təxirə salınıb. Digər oyunlar isə azarkeşlər olmadan keçiriləcək. Bu qərar aprelin 3-dək qüvvədə olacaq.

Oxuməni.az