1-ci "Baku Open" Beynəlxalq Karate Turniri keçiriləcək

1-ci "Baku Open" Beynəlxalq Karate Turniri keçiriləcək

3 Mart 14:22
1 458
Bəyəndim (0) Bəyənmədim (0)

5-8 Mart tarixlərində paytaxtın Boks İdman Mərkəzində 11-ci "Baku Open" Beynəlxalq Karate Turniri keçiriləcək.

Azərbaycan Milli Karate Federasiyasından Oxuməni.az-a verilən məlumata əsasən, turnir bu dəfə dünya şöhrətli idmançı Rafael Ağayevin 35 illik yubileyinə həsr olunur. Yarışda 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-20 yaşlı gənclər, böyüklər və veteran karateçilər iştirak edəcəklər. Fərdi və komanda yarışlarında Türkiyə, Malayziya, Misir, Gürcsütan və 10-dək ölkədən 1000-dək idmançının iştirakı gözlənilir.

5 Martda böyüklər və veteranlar, ertəsi gün 16-17 yaşlı və 18-21 yaşlı gənclər, 7 Martda 14-15 yaşlı yeniyetmələr, bazar ügünü isə 613 yaşadək uşaqlar mübarizə aparacaq.

Yarışın təntənəli açılış mərasimi 6 Mart, saat 17:00-da olacaq.

Oxuməni.az