Bu gün UEFA Amsterdamda növbədənkənar iclas keçirəcək

Bu gün UEFA Amsterdamda növbədənkənar iclas keçirəcək

2 Mart 2020 09:03
Bəyəndim (0) Bəyənmədim (0)

Koronavirusun dünyanın bir çox ölkəsində sürətlə yayılması UEFA-nı hərəkətə gətirib.

Oxuməni.az xəbər verir ki, bu gün qitə futbol qurumu məsələ ilə əlaqədar olaraq Amsterdamda növbədənkənar iclas keçirəcək.

Sayca 44-cü UEFA Konqresində koronavirusla bağlı son durumla bağlı müzakirələr aparılacaq, çıxış yolları axtarılacaq. İtaliya, İsveçrə kimi çempionat oyunları təxirə salınmış ölkələrdəki vəziyyət təhlil ediləcək, həmçinin AVRO-2020-nin bəzi ev sahiblərinin dəyişdirilmə ehtimalı gözdən keçiriləcək.

Oxuməni.az