 
    
    "AZAL" futbol komandasını Vaqif Sadıqovla Şakir Qəribov çalışdıracaqlar
AFFA-nın məlumatına görə, Vaqif Sadıqov AZAL-ın yeni baş məşqçisi təyin olunub. "Təyyarəçilər"in yeni çalışdırıcısı bu gün keçirilən klubdaxili iclasda müəyyən edilib. Komanda ilə 2 illik müqavilə bağlayan Sadıqovun köməkçisi Şakir Qəribovdur. Xatırladaq ki, son olaraq "Anji"də çalışan Sadıqov ölkə daxilində sonuncu komandası olan "Neftçi"də də Qəribovla çalışıb.
O.M.
                Digər xəbərlər
            
                             
                             
                             
                            











 
     
    











































































