Güləşçilərimiz Avropa üçüncüsü oldu

Güləşçilərimiz Avropa üçüncüsü oldu

17 Fevral 2020 11:06
Bəyəndim (0) Bəyənmədim (0)

Güləşçilərimiz Aslanbek Alborov və Cəmaləddin Məhəmmədov güləş üzrə Avropa Çempionatının üçüncüsü olublar.

Oxuməni.az xəbər verir ki, Alborov (92 kq) Gürcüstan güləşçisi İrakli Mtsituriyə 2:0 hesabıyla qalib gələrək çempionatın bürünc medalını qazanıb.

Məhəmmədov isə (125 kq) sona 4 saniyə qalmış aldığı xalla Ermənistan güləşçisi Levan Berianidzeyə qalib gələrək çempionatın üçüncüsü olub.

Oxuməni.az