Azərbaycanın qadın güləşçisindən  daha üç bürünc medal şansı

Azərbaycanın qadın güləşçisindən daha üç bürünc medal şansı

13 Fevral 2020 17:02
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Oxuməni.az-a verilən məlumata görə, dördüncü yarış günündə qadınlardan ibarət yığmamızın son 4 üzvü mübarizəyə qoşulub.

Tatyana Varansova ilk görüşdə İspaniya təmsilçisiylə üz-üzə gəlib. Mingəçevir güləş məktəbinin yetirməsi hesabda 2:5 geridə olsa da, əzmkarlıq nümayiş etdirərək yekunda qələbə qazanıb. Ancaq 1/8 finalda Hollandiya güləşçisi qarşısında aciz qalıb. Rəqibin finala çıxması həmyerlimizə təsəlliverici görüşə çıxmaq şansı verib.

Alyona Kolesnik gözlənilmədən ilk mərhələdə Norveç təmsilçisinə vaxtından əvvəl uduzub. Ancaq rəqib finala yüksəldiyi üçün yığmamızın üzvü fevralın 14-də 3-cü yer uğrunda güləşəcək.

Mübarizəyə 1/4 finaldan qoşulan Elis Manolova startda dünya və 2 qat Avropa çempionu Petra Olliylə qarşılaşıb. Təmsilçimiz ötən il Buxarestdə olduğu analoji yarışda olduğu kimi, yenə titullu rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Rusiya güləşçisinə də gücünü göstərən Manolova ardıcıl 3-cü dəfə Avropa çempionatının finalına adlayıb.

Tatyana Omelçenko təsnifat mərhələsində italyan güləşçiyə qalib gəlib. Yığma üzvü daha sonra Macarıstan təmsilçisini üstələyərək adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında dünya və ikiqat Avropa çempionu Yuliya Tkaça məğlub olub. Omelçenko fevralın 14-də bürünc medal uğrunda güləşəcək.

Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları fevralın 14-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Oxuməni.az