Azərbaycan güləşçisi Avropa çempionatında erməni rəqibinə qalib gəlib

Azərbaycan güləşçisi Avropa çempionatında erməni rəqibinə qalib gəlib

10 Fevral 15:54
2 644
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan güləşçisi Sənan Süleymanov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

Oxuməni.az Apasport.az saytına istinadən xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi debüt görüşündə Bolqarıstanın erməni əsilli idmançısı Aik Mnatsakanyanı üstələyib.

Pəhləvanımız təsnifat mərhələsindəki qarşılaşmada rəqibini 5:3 hesabı ilə məğlub edib. Bu qələbə Süleymanovu 1/8 finala yüksəldib.

Oxuməni.az