“Atletiko” qalib gəlib, "Valensiya" məğlub olub

“Atletiko” qalib gəlib, "Valensiya" məğlub olub

9 Fevral 06:14
2 834
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniya La Liqasında XXIII turun daha 4 oyunu keçirilib.

Oxuməni.az xəbər verir ki, günün mərkəzi qarşılaşması “Xetafe” və “Valensiya” arasında baş tutub.

Çempionlar Liqasına vəsiqələr uğrunda mübarizə aparan komandaların duelinin taleyi ikinci yarıda həll olunub. Üç cavabsız qol vuran “Xetafe” “yarasalar”ı darmadağın edib.

“Levante” “Leqanes”in qapısından iki cavabsız top keçirib. “Valyadolid” – “Vilyarreal” matçında qalib müəyyənləşməyib.

Günün son matçı Madriddə keçirilib. “Atletiko” erkən qolla “Qranada”ya qalib gəlib.

Qeyd edək ki, tura bu günyekun vurulacaq.

İspaniya La Liqası
XXIII tur

“Levante” – “Leqanes” – 2:0
Roçina, 20, Marti, 28
“Xetafe” – “Valensiya” – 3:0
Molina, 58, 67, Mata, 87
“Valyadolid” – “Vilyarreal” – 1:1
Alkaras, 15 – Moreno, 54
“Atletiko” – “Qranada” – 1:0
Korrea, 6

Oxuməni.az