Beşiktaş" Abdullah Avcını istefaya göndərib

Beşiktaş" Abdullah Avcını istefaya göndərib

24 Yanvar 20:47
2 833
Bəyəndim (0) Bəyənmədim (0)

"Beşiktaş" baş məşqçisi Abdullah Avcı ilə yollarını ayırıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Türkiyə klubu bunu uğursuz nəticələrlə əlaqələndirib.

İstanbul nəhəngi rəsmi saytı vasitəsilə Avcı ilə vidalaşdığını bəyan edib: "İdarə Heyətimiz Abdullah Avcı ilə yolları ayırmaq qərarına gəlib. Ona xidmətlərinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq".

"Beşiktaş"da baş məşqçi postuna ən real namizəd Sərgən Yalçın göstərilir.

Oxuməni.az