İngiltərə Premyer Liqası: "Liverpul"dan daha bir qələbə

İngiltərə Premyer Liqası: "Liverpul"dan daha bir qələbə

24 Yanvar 10:21
1 915
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün İngiltərə Premyer Liqasının 24-cü turunun son oyunu keçirilib.

Oxuməni.az-ın məlumatına görə, turnir cədvəlinə liderlik edən "Liverpul" "Vulverhempton"un qonağı olub. Oyun qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

"Liverpul"un heyətində qolları C.Henderson (8-ci dəqiqə) və R.Firmino (84-cü dəqiqə), ev sahibi komandasının heyətində isə R.Ximenes (51-ci dəqiqə) vurublar.

Qeyd edək ki, "Liverpul" 24 turun nəticələrinə əsasən 67 xalla turnir cədvəlinə liderlik edir. Onun ən yaxın izləyicisi olan "Mançester Siti"nin 51 xalı var.

Xatırladaq ki, "Liverpul"un 18-ci turdakı oyunu Klublararası Dünya Çempionatının finalında iştirakı səbəbi ilə təxirə getmişdi. Beləliklə, "Liverpul"un ehtiyyatda bir oyunu qalır.

Oxuməni.az