“Arsenal”ın sabiq futbolçusu Bakı klubuna keçir? - Fanatlar həyacanlandı

“Arsenal”ın sabiq futbolçusu Bakı klubuna keçir? - Fanatlar həyacanlandı

22 Yanvar 2020 12:40
Bəyəndim (0) Bəyənmədim (3)

İngiltərənin “Arsenal” klubunun sabiq futbolçusu Antoni Stouksun “Neftçi”yə keçəcəyi ilə bağlı iddialar var.

Oxuməni.az xəbər verir ki, klubun mövsümün ilk yarısını Türkiyənin aşağı liqa təmsilçisi “Adanademirspor”da keçirən irlandiyalı hücumçu ilə artıq ilkin razılıq əldə etməsi barədə xəbərlər var. Sosial şəbəkələrdə bunu “Neftçi” azarkeşləri də böyük sevinclə qarşılayıblar.

Lakin İngiltərə mətbuatında 31 yaşlı futbolçunun İranın “Persepolis” klubuna transfer olunacağı yazılır.

Qeyd edək ki, forvard İrlandiyanın “Şelburn” klubunun yetirməsidir. Bundan başqa o, “Arsenal” (İngiltərə), “Seltik” (Şotlandiya), “Traktor” (Təbriz), “Appolon” (Yunanıstan) kimi klublarda top qovub.

Oxuməni.az