Makqreqor 40 saniyəyə qalib oldu + Video

Makqreqor 40 saniyəyə qalib oldu + Video

19 Yanvar 2020 16:26
Bəyəndim (2) Bəyənmədim (0)

ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC 246 turniri çərçivəsində irlandiyalı döyüşcü Konoq Makqreqorla amerikalı Donald Serrone arasında görüş baş tutub.

Oxumeni.az-ın məlumatına görə, Makqreqor 40 saniyə ərzində rəqibini məğlub edib. O, oktaqona çıxar-çıxmaz üstünlüyü öz əlinə alıb. Əvvəlcə Serrone müqavimət göstərsə də, çənəsinə vurulan ayaq zərbəsindən qoruna bilməyib.

Amerikalı döyüşçü situasiya üzərində nəzarəti itirib. Makqreqor rəqibinə bir neçə zərbə endirdikdən sonra hakim döyüşü saxlatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az