Yeniyetmələrin Yay Olimpiya Oyunlarının keçirilmə vaxtı dəyişdirilib

Yeniyetmələrin Yay Olimpiya Oyunlarının keçirilmə vaxtı dəyişdirilib

9 Yanvar 02:44
3 354
Bəyəndim (1) Bəyənmədim (0)

2022-ci ildə baş tutacaq Yeniyetmələrin Yay Olimpiya Oyunları payızda keçiriləcək.

Oxumeni.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) mətbuat xidməti məlumat yayıb.

Belə ki, Yeniyetmələrin Yay Olimpiya Oyunları - 2022-nin təşkilatçıları yarışın payız fəslinə təxirə salınması barədə qərar qəbul ediblər. Yarış oktyabrın 22-də başlayacaq və noyabrın 9-da yekunlaşacaq.

Məkan isə dəyişməyəcək - Olimpiyada Seneqalın paytaxtı Dakar şəhərində keçiriləcək.

Yarışın payıza təxirə salınmasına səbəb kimi əksər iştirakçıların məktəb qrafiki və Afrika iqlimi göstərilib. Yarışın payızda baş tutacağı təqdirdə bir çox idmançı dərslərini rahatlıqla məşqlə birləşdirə biləcək.

Payız aylarında Seneqalın iqlim quru olur və bu da idmaçılara müsbət təsir edəcək.

Xatırladaq ki, Dakardakı oyun Afrika qitəsindəki ilk Olimpiyada olacaq. Seneqal 2022-ci ildə Yeniyetmələrin Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək yeganə namizəd olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az