“Real Madrid” İspaniya Super Kubokunun finalına vəsiqə qazanıb + Video

“Real Madrid” İspaniya Super Kubokunun finalına vəsiqə qazanıb + Video

9 Yanvar 01:25
4 406
Bəyəndim (0) Bəyənmədim (0)

Futbol üzrə İspaniya Super Kubokunun yarımfinal matçında “Real Madrid” klubu “Valensiya”nı məğlub edib.

Oxumeni.az xəbər verir ki, Ciddə şəhərində “Kinq Abdullah Sports City” stadionunda keçirilən görüş “Real”ın 3 -1 hesablı qələbəsi ilə başa çatıb.

Madrid komandasından qolları Toni Kros, İsko və Luka Modriç vurub.

“Valensiya”nın isə yeganə qolunun müəllifi Daniel Parexo olub.

Finalda “Real Madrid” “Barselona” - “Atletiko” cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, turnirin final görüşü yanvarın 12-də reallaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az