Bekhemlər varını-yoxunu satışa çıxarıb

Bekhemlər varını-yoxunu satışa çıxarıb

27 Mart 2012 15:35
Bəyəndim (0) Bəyənmədim (0)
Villadan sonra sıra avtomobillərdədir

Amerikanın "Los-Anceles Qalaksi" komandası ilə müqaviləsinin vaxtını uzadan - daha doğrusu, yeni bir müqaviləyə imzasını atan Devid Bekhem İngiltərədən deyəsən, birdəfəlik əlini üzməyi düşünür. Belə olmasaydı, o, ilk öncə villasını, ardınca da avtomobil kolleksiyasını satışa çıxartmazdı. İngiltərədəki lyuks villasını 30 milyon manata satışa çıxaran futbolçu qarajda qalıb, yararsız hala düşəcəklər deyə, avtomobil kolleksiyasını da pula çevirmək niyyətindədir. Buraya iki "Bentley", bir "BMW 645", bir "Range Rover Sport" və "Lamborghini Gallardo" və s. daxildir. Bundan başqa, ola bilsin ki, "Harley Davidson" marka üç motosiklet də bu siyahıya daxil edilsin. Bekhemin kolleksiyasının olduqca dəyərli olduğunu söyləyən yaxın dostlarından biri,"Bu avtomobillər onsuz da bahalıdır, Bekhem cütlüyünə aid olmaları isə onların dəyərini daha da artırır. Devid kolleksiyasını Amerikaya transfer etdirməyin yersiz olduğunu söyləyir", - deyə bildirib.

Günel Həbib