Rusiya bütün idman yarışlarından kənarlaşdırıldı
Beynəlxalq Anti-Dopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi Rusiyanı dörd il müddətinə bütün idman yarışlarından kənarlaşdırıb.
Oxumeni.az-ın məlumatına görə, bu qadağa Olimpiya oyunları və dünya çempionatlarına da şamil edilir.
Bu müddət ərzində rusiyalı idmançılar və komandalar dünya miqyaslı yarışlarda, o cümlədən 2020-ci il Yay Olimpiya oyunlarında və 2022-ci il futbol üzrə dünya çempionatında iştirak edə bilməyəcək.
Bundan başqa, Rusiya ərazisində dünya çempionatlarının keçirilməsi də qadağan edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az
Digər xəbərlər