Bu gün “Qızıl top” mükafatının sahibi müəyyənləşəcək

Bu gün “Qızıl top” mükafatının sahibi müəyyənləşəcək

2 Dekabr 15:04
38
Bəyəndim (1) Bəyənmədim (0)

Dekabrın 2-də FIFA və “France Football” jurnalı ilin ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatının sahibini açıqlayacaqlar.

Oxumeni.az xəbər verir ki, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq mərasim Parisdəki “Şatle” teatrında baş tutacaq. Təqdimat mərasiminin aparıcılarından biri “Çelsi”nin sabiq hücumçusu Didye Droqba olacaq.

Mükafatın qalibi üç namizəd - “Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi, “Yuventus”un portuqaliyalı hücumçusu Kriştiano Ronaldo və “Liverpul”un niderlandlı müdafiəçisi Virgil van Deyk arasından seçiləcək.

“France Football” nəşri “Qızıl top” mükafatını 1956-cı ildə təsis edib. İndiyə qədər Kriştiano Ronaldo və argentinalı Lionel Messi hərəsi 5 dəfə, fransız Mişel Platini, həmçinin hollandiyalılar – Yohan Kroyf və Marko van Basten üç dəfə bu mükafata layiq görülüblər. Ötən il “Qızıl top” mükafatı Madridin “Real” komandasının xorvatiyalı yarımmüdafiəçisi Luka Modriçə təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az