2012-ci ilin dünya çempionu xərçəng xəstəsi imiş

2012-ci ilin dünya çempionu xərçəng xəstəsi imiş

13 Mart 2012 11:58
Bəyəndim (0) Bəyənmədim (0)
O, 2010-cu ilin qış olimpiadasına da melanoma diaqnozu ilə çıxmışdı

2012-ci ildə biatlon üzrə üçqat dünya çempionu olmuş norveçli Tura Berger dəhşətli bir etirafda bulundu. Sən demə, 2010-cu il qış olimpiya oyunları zamanı o, dəri xəstəli ilə çıxış edib. Daha dəqiq desək, melanoma diaqnozuna baxmayaraq, idmançı olimpiadanın təşkilat qrupuna bu barədə məlumat verməyib.

Bu il Vankuverdə individual yarışmanın qalibi olduqdan sonra idmançı jurnalistlərlə görüşü zamanı qəflətən ağlayıb. Onun bu hərəkəti hamını şübhəyə salıb. Yalnız bazar günü kütləvi start bitdikdən sonra Tura Berger həqiqəti açıqlayıb. Başqa sözlə, 2010-cu il hadisələrini yada salıb: "2009-cu ildə dərimdə xallar aşkar elədim. Komandanın həkiminin fikri ilə xalım kəsilərək, biopsiya təhlilinə göndərildi. Bir neçə həftədən sonra xalın tərkibində xərçəng hüceyrələri aşkar olundu, mənə isə melanoma diaqnozu qoyuldu. Uzun müddət idmandan və həyatdan əlim üzüldü. Bu gün özümü yaxşı hiss edirəm".

Əsl çempion xəstəliyini yenə bilən insandır...

Aqil Hüseynov

O.M.