Braziliya dünya çempionu oldu - VİDEO

Braziliya dünya çempionu oldu - VİDEO

18 Noyabr 2019 19:00
Bəyəndim (1) Bəyənmədim (0)

Braziliyanın futbol üzrə U-17 millisi dünya çempionatının kubokuna sahib olub.

Oxumeni.az xəbər verir ki, 17 yaşadək futbolçulardan ibarət milli komandaların final görüşündə braziliyalılar meksikalı həmyaşıdlarına 2:1 hesabı ilə qalib gəliblər.

Braziliyada keçirilən turnirin bürünc medalları Hollandiya üzərində 3:1 hesabı ilə qələbə qazanan Fransa komandasına qismət olub.

Qeyd edək ki, 1985-ci ildən bəri keçirilən dünya çempionatında Braziliya U-17-si dördüncü dəfə (1997, 1999, 2003 və 2019) qızıl medal qazanıb. Braziliya bu göstərici beş dəfə dünya çempionu olmuş Nigeriyaya uduzur. Lakin qazanılan medalların sayına görə Braziliya afrikalılara çatıb. Hər iki komanda bu dünya çempionatında səkkiz dəfə medal qazana bilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)