İspaniya Superkuboku bu ölkədə keçiriləcək - Püşk atıldı

İspaniya Superkuboku bu ölkədə keçiriləcək - Püşk atıldı

11 Noyabr 16:01
43
Bəyəndim (0) Bəyənmədim (0)

Gələn ildən başlayaraq 2022-ci ilədək İspaniya Superkuboku Səudiyyə Ərəbistanında keçiriləcək.

Oxumeni.az xəbər verir ki, bu gün atılan püşk nəticəsində yarımfinalda “Real” “Valensiya” ilə, “Barselona” isə “Atletiko”yla üz-üzə gələcək.

Bu oyunlar müvafiq olaraq, 2020-ci il yanvarın 8-də və 9-da keçiriləcək. Superkubokun finalı isə yanvarın 12-də baş tutacaq.

Qeyd edək ki, Supekubokun oyunları ilk dəfədir ki, 4 komandanın iştirakı ilə keçiriləcək. Səudiyyə Ərəbistanı oyunlara ev sahibliyi etmək üçün 120 milyon avro ödəyib.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)