Bədii gimnastlarımız Belçikadan qızıl medallarla qayıdıb

Bədii gimnastlarımız Belçikadan qızıl medallarla qayıdıb

5 Noyabr 11:07
96
Bəyəndim (0) Bəyənmədim (0)

Belçikanın Gent şəhərində bədii gimnastika üzrə ənənəvi “Happy Cup” adlı beynəlxalq turnir keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından Oxumeni.az-a bildirilib ki, bu turnirdə ölkəmizi Fatimə Əkbərova, Gövhər İbrahimova, Kamilla Seyidzadə, Mədinə Dəmirova, Kamilla Əliyeva, Alina Gözəlova və Məryəm Əliyeva təmsil edib.

Gimnastlarımız arasında ən yaxşı nəticəni 2009-cu il təvəllüdlü gimnastların yarışında çıxış edən Gövhər göstərib. O, həm çöxnövçülükdə, həm də iplə kompozisiyasına görə qızıl medal qazanıb. Bu yaş qrupunda yarışan Məryəm Əliyeva isə çoxnövçülükdə 6-cı yeri tutub.

Növbəti qızıl medalların sahibi Kamilla Seyidzadə olub. O, 2007-ci il təvəllüdlü gimnastlar arasında fərqlənərək, həm çoxnövçülük, həm də topla fəxri kürsünün 1-ci pilləsinə yüksəlib. Bu yaş qrupunda çıxış edən digər gimnast Mədinə çoxnövçülükdə 12-ci olub.

Gənclər yaş qrupunda çoxnövçülükdə mübarizə aparan Alina 6-cı, Kamilla Əliyeva isə 8-ci yerdə qərarlaşıb.

Böyüklər arasında yarışan Fatimə Əkbərova çöxnövçülük yarışlarında 6-cı olub.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)