Hemilton "Formula 1" üzrə altı qat dünya çempionu oldu

Hemilton "Formula 1" üzrə altı qat dünya çempionu oldu

4 Noyabr 2019 10:25
Bəyəndim (0) Bəyənmədim (0)

"Mersedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton karyerasında altıncı dəfə "Formula 1" avtomobil yarışları üzrə dünya çempionatında qalib olub.

Oxumeni.az-ın "TASS"a istinadən verdiyi məlumata, 34 yaşlı L.Hemilton ABŞ Qran Prisində komanda yoldaşı finlandiyalı Valtteri Bottasdan sonra finiş xəttini keçərək ikinci yeri tutub. Qran Pridə üçüncu yeri "Red Bull" komandasının hollandiyalı pilotu Maks Ferstappen tutub.

Mövsümün sonuna iki mərhələ qalmış L.Hemilton ümumi hesabda ən yaxın izləyicisi V.Bottas üçün əlçatmaz olub.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)