Cüdoçumuz Avropa çempionu oldu

Cüdoçumuz Avropa çempionu oldu

2 Noyabr 2019 14:25
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan idmançısı Rusiyanın İjevsk şəhərində keçirilən 23 yaşadək cüdoçular arasında Avropa birinciliyinin qalibi adını qazanıb.

Oxumeni.az xəbər verir ki, yarışın ikinci günündə cüdoçumuz Rəşid Məmmədəliyev (73 kq) bütün rəqiblərini məğlub edərək finala vəsiqəni təmin edib. O, həlledici qarşılaşmada Rusiya təmsilçisi Ayub Xacaliyevi məğlub edərək qitə birinciliyinin qalibi olub.

Bu, komandamızın Avropa birinciliyində qazandığı ikinci medaldır. Yarışların birinci günündə 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Nurlan Osmanov gümüş medalı aktivinə yazdırıb.

Avropa birinciliyində 33 ölkədən 235 idmançı (135 kişi, 100 qadın) mübarizə aparır. Ölkəmiz yarışa 9 cüdoçu ilə qatılıb.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)