Azərbaycan hökuməti 2011-ci ildəki fəaliyyəti ilə bağlı Milli Məclisə hesabat verdi

Azərbaycan hökuməti 2011-ci ildəki fəaliyyəti ilə bağlı Milli Məclisə hesabat verdi

7 Mart 2012 12:01
Bəyəndim (0) Bəyənmədim (0)

2010-cu illə müqayisədə 2011-ci ildə aparılan notariat hərəkətlərin sayı nisbətən 785000 artaraq, 3, 6 milyona çatıb. Bu barədə Azərbaycan hökumətinin 2011-ci ildəki fəaliyyəti ilə bağlı Milli Məclisə təqdim olunmuş hesabatında bildirilib. Hesabatda ötən il ərzində vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 370183 əməliyyatın aparıldığı göstərilib. Bu əməliyyatların 176956-sı doğum faktının qeydiyyatına aiddir. Onların 20 mindən çoxu Səhiyyə Nazirliyində yeni istifadəyə verilmiş informasiya sistemindən xüsusi proqram vasitəsi ilə avtomatik alınan məlumatdır. Bununla bağlı dövlət büdcəsinə 8453,6 min manat vəsait ödənilib.

2011-ci il ərzində Ədliyyə Nazirliyi tərəfindən 321 normativ hüquqi akt layihəsi hazırlanıb. İctimai həyatın müxtəlif sahələrini tənzimləyən 1984 akt hüquqi ekspertizadan keçirilib, 958 sənəd Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
Hesabata görə, 2011-ci il ərzində 1207 nəfər borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb, hüquqi və fiziki şəxslərə 97 milyon manatdan çox vəsaitin ödənilməsinə nail olunub. Vergi borcları ilə bağlı tamamlanmış 2027 icra işi üzrə 3 milyon manata yaxın vəsait dövlət büdcəsinə ödənilib. Qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 1973 şəxs barəsində inzibati xəta protokolu tərtib edilərək, məhkəmələrə təqdim olunub. Onlardan 1602-si (81,2 faiz) üzrə borclu şəxs inzibati məsuliyyətə cəlb olunub. O cümlədən 606 şəxs barəsində inzibati həbs tətbiq edilib. 499 şəxs barəsində cinayət məsuliyyətinə cəlb olunma barədə təqdimatlar verilib. Onlardan da artıq 222-si üzrə cinayət işi başlanılıb.

O.M.