Millimizdən ardıcıl 3-cü məğlubiyyət - Video

Millimizdən ardıcıl 3-cü məğlubiyyət - Video

15 Oktyabr 22:12
7
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan U-21 millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Oxumeni.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv doğma meydanda İsveçrə yığması ilə qarşılaşıb.

Sumqayıtda keçirilən qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ilk turda Lixtenşteynə uduzan (0:1) milli Slovakiya üzərində qələbə qazansa da (2:1), son iki oyunda Gürcüstana 0:3, Fransaya 0:5 uduzub. Cəmi 3 xalı olan komandamız qrup sonuncusudur.

AÇ-2021-in seçmə mərhələsi
2-ci qrup

15 oktyabr

20:00. Azərbaycan - İsveçrə -0:1
Qol: Nedim Bayrami, 31

Baş hakim: Novak Simoviç (Serbiya).
Sumqayıt. “Kapital Bank Arena”.

Oxumeni.az