Belçika 9 qollu qələbə ilə final mərhələsində - Video

Belçika 9 qollu qələbə ilə final mərhələsində - Video

10 Oktyabr 23:55
36
Bəyəndim (0) Bəyənmədim (0)

AÇ-2020-nin seçmə mərhələsində VII tura start verilib.

Oxumeni.az xəbər verir ki, I qrupunda qərarlaşan Belçika San Marinonu qəbul edib və 9:0 hesablı qələbə qazanıb.

Bu qələbə ilə Belçika yığması xallarını 21-ə çatdırıb və Avropa çempionatının final mərhələsinə yüksələn ilk komanda olub.

Belçika - San Marino - 9:0

Qollar: Romelu Lukaku, 28, 41, Naser Şadli, 31, Kristian Brolli, 35 (avtoqol), Tobi Alderveyreld, 43, Yuri Tilemans, 45, Kristian Benteke, 79, Yari Versharen, 84 (pen.), Timoti Kastan, 90

Oxumeni.az