“Qarabağ”a qarşı təxribatı onlar edib

“Qarabağ”a qarşı təxribatı onlar edib

4 Oktyabr 2019 11:40
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA Avropa Liqasının 2-ci turu çərçivəsində keçirilən “Düdelanj” – “Qarabağ” oyununda təxribat törədən şəxslər müəyyənləşib. Təxribatı Ermənistanın “First Armenian Front” fan klubu törədib.

Həmin azarkeşlər Belçikadan Lüksemburq paytaxtına gələrək bunu ediblər. Məqsədləri də oyunun yarımçıq dayandırlmasına nail olmaq imiş.

Fan-klub bununla bağlı sosial şəbəkələrdə paylaşım da edib.

Xatırladaq ki, “Düdelanj” – “Qarabağ” matçının 31-ci dəqiqəsində Ağdam təmsilçisi 2:0 öndə olarkən stadionun üzərində dronla Azərbaycanın işğal altında olan ərazilərində qurulan separatçı rejimin “bayrağ”ı uçurulub. Buna görə, görüşdə fasilə yaranıb.

Bərpa olunan matç isə “Qarabağ”ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxumeni.az


Da