Azərbaycanda İordaniya gəncləri günləri keçiriləcək

Azərbaycanda İordaniya gəncləri günləri keçiriləcək

21 Aprel 2011 16:16
Bəyəndim (0) Bəyənmədim (0)

18 aprel tarixindən İordaniyada rəsmi səfərdə olan Gənclər və İdman naziri Azad Rəhimov bu müddət ərzində İordaniya kralı II Abdullahın qardaşı, İordaniya Milli Olimpiya komitəsinin sədri Əmir Feysəl ibn əl-Hüseyn (Kral II Abdullah Qətərdə səfərdə olduğu üçün onun səlahiyyətlərini Əmir icra edir), İordaniyanın baş naziri Maruf Baxit, İordaniyanın Gənclər üzrə Ali Şurasının sədri Əhməd əl-Masarva ilə görüşlər keçirib.


Gənclər üzrə Ali Şurada keçirilmiş geniş tərkibli görüşdə nümayəndə heyətləri iki ölkə arasında gənclər siyasəti və idman sahələrində iş təcrübəsinin mübadiləsi imkanlarını müzakirə edib, birgə tədbirlərin keçirilməsi barədə razılığa gəliblər. Burada hər iki ölkədə "Gənclər günləri"nin, gənclər siyasəti sahələrinə həsr olunmuş görüş və forumların keçirilməsi, tələbə və gənclər təşkilatlarının təmsilçilərindən ibarət nümayəndə heyətlərinin səfərlərinin təşkil olunması məsələləri müzakirə edilib.


Görüşlər zamanı hər iki ölkə başçısı arasında mövcud münasibətlərin bütün digər sahələrə təkan verdiyi vurğulanıb və tərəflərin müxtəlif sahələrdə konkret nəticələrə yönəlmiş birgə fəaliyyətinin davam etdirilməsinin vacibliyi qeyd edilib.
Səfər çərçivəsində Azad Rəhimovun başçılıq etdiyi nümayəndə heyətinin şərəfinə rəsmi ziyafət də verilib.


Xatırladaq ki, İordaniya ilə Azərbaycan arasında gənclər sahəsində əməkdaşlıq üzrə saziş və tərəflər arasında müvafiq sahələrdə əməkdaşlıq üzrə tədbirlər planı mövcuddur.

Gənclər cəmiyyətin sütunudur. Sütunun möhkəm olması üçün birlik lazımdır...


Elvin Babayev


O.M.