Avroliqanın qalibi "Çelsi", yoxsa "Arsenal" olacaq?

Avroliqanın qalibi "Çelsi", yoxsa "Arsenal" olacaq?

29 May 2019 08:27
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Olimpiya stadionunda Avroliqanın finalı keçiriləcək. Finalda İngiltərənin iki nüfuzlu klubu "Arsenal" və "Çelsi" üz-üzə gələcək.

Mediainfo.az-ın verdiyi xəbərə görə, Bakı vaxtı ilə saat 23-də başlayacaq "Çelsi"-"Arsenal" oyununu İtaliyadan olan hakim Canluka Rokki idarə edəcək. Oyunun olduqca gərgin keçəcəyi gözlənilir. "Arsenal"ın baş məşqçisi Unai Emerinin bundan əvvəl "Seviliya" ilə birlikdə 3 dəfə Avroliqa kubokunu aldığını nəzərə alanda onun komandasının yenidən kuboku qazana biləcəyi ehtimal edilir. Bununla belə Premyer Liqanı 3-cü yerdə başa vuran "Çelsinin" də kuboku qazanma imkanları kifəayət qədər geniş hesab edilir.