Azərbaycan Premyer Liqasının komandaları 5000 manat cərimə olundu

Azərbaycan Premyer Liqasının komandaları 5000 manat cərimə olundu

17 Fevral 2012 16:11
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Premyer Liqanın qış fasiləsindən sonra ilk turda baş verən xoşagəlməz olaylardan ümumilikdə 5000 manat cərimə kəsilib. Ən çox cərimə Lənkərandakı oyuna görə olub. Belə ki, "Xəzər Lənkəran"ın azarkeşləri matçın 44-cü dəqiqəsində meydançaya kənar əşya atdığına görə klub 2000 manat cərimələnib. "Bakı"nın 5, AZAL-la "Turan"ın 4 futbolçusu sarı vərəqə aldığı üçün hər komanda 1000 manat cərimə ödəməli olacaq. Qeyd edək ki, XX turda qırmızı vərəqə alan futbolçu və məşqçi olmayıb.

O.M.