Ruben Loftus-Çik Bakı finalında oynaya bilməyəcək?

Ruben Loftus-Çik Bakı finalında oynaya bilməyəcək?

16 May 2019 10:21
Bəyəndim (0) Bəyənmədim (0)

"Çelsi"nin futbolçusu Ruben Loftus-Çik Avropa Liqasının finalında "Arsenal"la oyunu buraxa bilər.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 23 yaşlı yarımmüdafiəçi "Nyu-İnqlend Revolyuşn"la yoxlama matçında zədələnib. 69-cu dəqiqədə zədə alan ingilis oyunçu komanda yoldaşlarının köməyi ilə meydanı tərk edib.

Qeyd edək ki, "Çelsi" və "Arsenal" arasında keçiriləcək final oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş mayın 29-u saat 23:00-da başlayacaq.