Ardıcıl 14 qələbə qazanmağa məcbur olduq

Ardıcıl 14 qələbə qazanmağa məcbur olduq

13 May 2019 08:45
Bəyəndim (0) Bəyənmədim (0)

"Liverpul"u təbrik etməli və bürün ürəkdən minnətdar olmalıyıq. Onlar bizi öz yüksək həddimizi qaldırmağa məcbur etdilər".

Bunu İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola deyib.

İspaniyalı mütəxəssis Premyer Liqanın son turunda qazanılan ardıcıl ikinci ölkə çempionluğuna şərh verib. O, "Brayton"la səfər matçındakı qələbə ilə xal hesabını 98-ə çatdıran mançesterlilərin "Liverpul"u cəmi bir xal arxada qoyulmasının çətinliklə əldə edildiyini bildirib: "Bu, inanılmazdır – 98 xal. Biz burun-buruna irəlilədik. Ötən mövsümdə çox yüksək standart ortaya qoymuşduq və "Liverpul" da bizə kömək etdi. Bu mövsümdə qalib adını qazanmaq üçün çempionatda ardıcıl 14 qələbə qazanmağa məcbur olduq. Hətta bir xal da itirə bilməzdik. Bu, mənim bütün karyeramın ən çətin çempionluğudur. Digərləri heç buna yaxın da düşə bilməz".(ona)