Məhəmməd Salah "Liverpul"un aprel ayı üçün ən yaxşı futbolçusu seçilib

Məhəmməd Salah "Liverpul"un aprel ayı üçün ən yaxşı futbolçusu seçilib

11 May 2019 17:17
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərənin "Liverpul" klubunda aprelin ən yaxşı futbolçusu bəlli olub.

Məhəmməd Salah Liverpul təmsilçisinin aprel ayı üçün ən yaxşı futbolçusu seçilib. Misirli hücumçu ötən ay "Sautempton"a, "Haddersfild"ə, "Kardiff Siti"yə, "Çelsi"yə, həmçinin Çempionlar Liqasının dörddəbir finalı çərçivəsində "Portu"ya qarşı oynayıb. O, 6 matçda 5 qol vurub.

Qeyd edək ki, 26 yaşlı hücumçu cari mövsümdə "Liverpul"un heyətində keçirdiyi 50 oyunda 26 dəfə fərqlənməyi bacarıb.