“Barselona” "Betis"dən qapıçı Pau Lopesi heyətinə qatacaq

“Barselona” "Betis"dən qapıçı Pau Lopesi heyətinə qatacaq

11 May 2019 12:15
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniyanın "Barselona" klubu yeni qapıçı transfer etməyi qərara alıb.

Kataloniyalılar "Betis"in futbolçusu Pau Lopesi heyətinə qatacaq.

Yeni qolkiper Yasper Silesseni əvəz etməli və ikinci qapıçı olmalıdır. "Barselona" sevilyalılara P.Lopes üçün 35 milyon avro ödəyəcək.

Keçid barədə razılıq əldə edildiyi bildirilsə də, transfer İspaniya kubokunun mayın 25-də keçiriləcək final oyunundan sonra rəsmən təqdim olunacaq.

Qeyd edək ki, "Barselona"dan ayrılacağı dəqiqləşən Y.Silessen Portuqaliyanın "Benfika" klubuna keçməyə yaxındır.