Avroliqanın finalında da ingilis komandaları qarşılaşacaqlar

Avroliqanın finalında da ingilis komandaları qarşılaşacaqlar

10 May 2019 08:27
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Liqasında yarımfinal mərhələsi çərçivəsində keçirilən iki cavab oyunu ilə Bakıda oynanılacaq finalın iştirakçılarının adları məlum olub.

Mediainfo.az-ın verdiyi xəbərə görə, "Arsenal" İspaniyada "Valensiya"ya ilə görüşüb. İlk oyunda 3:1 hesablı qələbə qazanan londonlular bu dəfə rəqiblərinə 4:2 hesabı ilə qalib gələrək ilk finalçı olub.

İngiltərənin daha bir təmsilçisi "Çelsi" Londonda "Ayntraxt"ı qəbul edib və ilk oyunda olduğu kimi yenə 1:1 hesabı qeydə alınıb. Qalibi müəyyən etmək üçün keçirilən əlavə oyunda da qapılara qol vurulmayıb. Nəticədə qalib 11 metrlik cərimə zərbələri nəticəsində məlum olub.

Burada penaltiləri daha dəqiq yerinə yetirən meydan sahibləri 4:3 hesabı ilə qalib gələrək finala yüksəlib.

Beləliklə, mayin 29-da Bakıdakı Olimpiya stadionunda keçiriləcək Avroliqanın final oyununda iki London klubu - "Arsenal" və "Çelsi" oynayacaq.

Avropa Liqası

"Çelsi" (İngiltərə) – "Ayntraxt" (Almaniya) - 1:1 (Penaltilər seriyası - 4:3)
Qollar: Loftus-Çik, 28 (1:0), Yoviç, 49 (1:1)
İlk oyun – 1:1

"Valensiya" (İspaniya) – "Arsenal" (İngiltərə) - 2:4

Qollar: Qameyro, 11 (1:0), Obameyanq, 17 (1:1), Lyakazett, 50 (1:2), Qameyro, 58 (2:2), Obameyanq, 69 (2:3), 89 (:4)
İlk oyun – 1:3