"Qalatasaray" Beşiktaş"a dərs keçdi

"Qalatasaray" Beşiktaş"a dərs keçdi

6 May 2019 08:52
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Superliqasında 31-ci turun daha 3 oyunu keçirilib.

Günün ilk qarşılaşmalarında "Akhisar" evdə "Malatyaspor"a, "Antalyaspor" isə səfərdə "Göztəpə"yə uduzub.

Turun mərkəzi görüşündə isə "Qalatasaray" doğma meydanda "Beşiktaş"ı qəbul edib. Çempionluq yarışını yaxından maraqlandıran derbidə "sarı-qırmızılılar" qələbə qazanıblar. Rəqibini 2 cavabsız qolla məğlub edən "Cim-Bom" uzun fasilədən sonra liderliyə yüksəlib.


5 may

"Akhisar" - "Malatyaspor" - 0:2
Qollar: M. Lopes, 50-avtoqol (0:1), T. Bifuma, 66 (0:2)

"Göztəpə" - "Antalyaspor" - 4:1
Qollar: S. Gürler, 11 (1:0), M. Ərdinc, 18 (1:1), D. Kadah, 35-penalti (2:1), 66-penalti (3:1), S. Gürler, 72 (4:1)

"Qalatasaray" - "Beşiktaş" - 2:0
Qollar: H. Onyekuru, 43 (1:0), Fernand, 54 (2:0)


Qeyd edək ki, bu qələbədən sonra "Başakşəhər"lə xallarını bərabərləşdirən (63 xal) "Qalatasaray" şəxsi oyunlardaı üstünlüyünə zirvəyə yüksəlib. 59 xalı olan "Beşiktaş" isə 3-cü pillədə qərarlaşıb.