"Arsenal" evdə, "Çelsi" səfərdə sevindi

"Arsenal" evdə, "Çelsi" səfərdə sevindi

3 May 2019 09:39
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları olub.

Kuboku qazanmağa iddialı "Arsenal" Londonda "Valensiya"nı qəbul edib və onları evə məyus halda yola salıb. Hesabı oyunun 11-ci dəqiqəsində qonaqların oyunçusu Diakabi açsa da meydan sahibləri qısa müddətdə özlərinə gələ biliblər. Oyunun 18 və 26-cı dəqiqələrində Lyazaket 2 dəfə ispanları oyuna meydanın mərkəzindən başlamağa dəvət edib. Oyunun son dəqiqəsində isə Obameyanq 3-cü qolu qonaq komandanın qapısından keçirib.

Almaniyanın avrokubokda mübarizəni davam etdirən yeganə təmsilçisi "Ayntraxt" İngiltərənin "Çelsi" komandasınının müqavimətini qıra bilməyib. 23-cü dəqiqədə Luka Yoviç hesabı açsa da, 45-ci dəqiqədə Pedro Rodriges bərabərlik qolunu vurub.

Avropa Liqası

Yarımfinal, ilk oyunlar

"Arsenal" (İngiltərə) - "Valensiya" (İspaniya) - 3:1

Qollar: Diakabi, 11 (0:1), Lyakazett, 18 (1:1), 26 (2:1), Obameyanq, 90 (3:1)

"Ayntraxt" (Almaniya) - "Çelsi" (İngiltərə) - 1:1
Qollar: Yoviç, 23 (1:0), Pedro, 45 (1:1)