Hollandiya gələn ildən İspaniyanı əvəz edəcək

Hollandiya gələn ildən İspaniyanı əvəz edəcək

1 May 2019 13:07
Bəyəndim (0) Bəyənmədim (0)

Zandfort trası 2020-ci ildə Barselonanı əvəzləyəcək.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə F-1.az-ın məlumatında deyilir. Belə ki, Hollandiya Maks Ferstappenin uğurlarından sonra Formula1-i ölkəyə gətirib. Beləliklə, Zandfort 1985-ci ildən sonra təqvimə qayıdacaq.

Kataloniya bu ilin sonunda müqaviləsi bitən 5 trasdan biridir. Digərləri isə Silverstoun, Hokenhaym, Montsa və Meksika traslarıdır. Lakin İspaniyadakı tras artıq hökümət tərəfindən də dəstəklənmir.

Qeyd edək ki, Zandfort trası 1952-ci ildən 1985-ci ilə qədər davamlı olaraq Formula1-i qəbul edib.